AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Seçkilərlin boykot edilməsinə çağırışlar siyasi acizliyin göstəricisidir - Deputat Nizami Səfərov

  • + A
  • - A
  • 25-12-2023, 14:24

    Seçkilərlin boykot edilməsinə çağırışlar siyasi acizliyin göstəricisidir -



    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Bakı, 25 dekabr — Azadmedia.az


    ​7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm hadisəsi olaraq, müstəqillik dövründə ilk dəfə ölkənin bütün ərazisini əhatə edəcək. Erməni təcavüzü nəticəsində öz doğma yurdlarını tərk etməyə məcbur edilən vətəndaşlarımız əvvəllər yaşadıqları şəhərlərdə, kəndlərdə və qəsəbələrdə səs verəcəklər. Bu tarixi hadisənin fonunda radikal müxalifətin qərəzli mövqe tutaraq, boykota çağırışlar etməsi siyasi acizlik və təxribat kimi qiymətləndirilməlidir.
    Azərbaycanda xalq-iqtidar birliyinin ən yüksək pillədə olduğu zamanda və seçkilərdə bütün namizədlərə bərabər hüquqlu imkanlar yaradıldığı şəraitdə hər bir siyasi təşkilatdan və onun rəhbərindən yüksək məsuliyyət tələb olunur. Siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınmasından sonrakı dövrdə seçkilərin keçirilməsi bir daha sübut etdi ki, bu əhəmiyyətli tədbirə rəsmi dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar qatıla bilərlər. Belə səmərəli imkandan istifadə etmək və sağlam rəqabət aparmaq əvəzinə radikallar tamamilə destruktiv mövqe tutdular. Milli həmrəyliyə zərər verən bu cür yanaşma stabil elektorata malik olmayan qüvvələrin siyasi arenada legitim vasitələrə deyil, siyasi manipulyasiyalara müraciət etməsini bir daha qabarıq formada göstərdi. Ancaq nəzərə almaq lazımdır ki, heç bir qüvvə Azərbaycanda beynəlxalq standartlara cavab verən, ədalətli, şəffaf seçkilərin keçirilməsinə mane ola bilməyəcək və möhkəm hüquqi bünövrəyə əsaslanan əhəmiyyətli siyasi tədbir Azərbaycan xalqının iradəsini tam əks etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR