Belarus Prezidenti Aleksandr Lukaşenko Qarabağdan Ermənistana köçənlərə yardım göndərmək üçün dəfələrlə İrəvana müraciət edib.
Azadmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-də məlumat yayılıb.
Belə ki, A.Lukaşenkonun digər ölkə və təşkilatlar kimi Qarabağdan köçənlərə yardım göndərmək istədiyi, lakin rədd cavabı aldığı qeyd olunub.
Qeyd olunur ki, İrəvanın Minskə mənfi cavab verməsinə Belarusun Azərbaycanla yaxın münasibətlərinin olması səbəb göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.