İsrailin Qəzza zolağındakı hərəkətləri bəşəriyyət üçün alçaldıcıdır. Azadmedia.az xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel X səhifəsində yazıb.
Belə ki, "İsrail terror dövlətinin Qəzza zolağında törətdiyi soyqırım bütün bəşəriyyətin alçaldılmasıdır. Qətllərə görə cəzasızlıq nə qədər davam edəcək? Heç vaxt laqeyd qalmayan Kuba Fələstini müdafiə etmək üçün səsini yenidən qaldırır", - deyə prezident bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.