AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AK Parti-nin Bələdiyyə seçkilərində namizədləri bəlli olub - KİV

  • + A
  • - A
  • 18-01-2024, 18:11

    AK Parti-nin Bələdiyyə seçkilərində namizədləri bəlli olub -


    Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədləri bəlli olub.

    Azadmedia.az xəbər verir ki, namizədləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən tədbirdə elan edib. Türkiyə Prezidenti partiyasının Ankara bələdiyyəsinin sədri vəzifəsinə Turgut Altınokun namizədliyini irəli sürdüyünü bildirib.

    Belə ki, dövlət başçısı 17-si böyük şəhər olmaqla 48 şəhər üzrə partiyasının namizədlərini də açıqlayıb. İzmir bələdiyyəsinin sədri vəzifəsinə Hamza Dağ, Antalya üzrə Hakan Tütüncü, Adana bələdiyyə rəhbəri vəzifəsinə isə Fatih Mehmet Kocaispir namizəd göstərilib.

    Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərinə “Yenidən İstanbul, yenidən AK Parti” şüarı ilə qatılır. Partiyanın seçki bəyannaməsi yanvarın 30-da açıqlanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR