Bu ilin iyulunda NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya alyansa üzvlük dəvəti veriləcəyi gözlənilmir.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Culianna Smit onlayn mətbuat konfransında deyib.
"Bu yay keçiriləcək sammitə gəlincə, mən alyansın indiki məqamda dəvət göndərəcəyini gözləmirəm", - Smit bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.