Rusiyanın Finlandiya səfiri Pavel Kuznetsov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Finlandiya XİN-dən məlumat verilib.
Bildirilib ki, səfir Aleksey Navalnının ölümü ilə bağlı Rusiyanın məsuliyyətini bildirmək, tam və şəffaf araşdırma aparılmasını tələb etmək üçün XİN-ə çağırılıb.
Qeyd edək ki, 16 fevralda 47 yaşlı Aleksey Navalnı cəzaçəkmə müəssisəsində qəflətən ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.