Xocalıda Azərbaycan bayrağı dalğalanır.
Xocalı şəhəri qədim tarixə malik olan yaşayış məskənimiz olmuşdur.Bu şəhərdə son tunc-ilk dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. Şəhərdəki bir çox tarixi izlər bu qədim torpağın Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut edirdi. Bu tarixi faktlar daim mənfur düşmənlərimizi narahat edir və Xocalı şəhərinə qarşı irəli sürdükləri ittihamları heçə endirirdi. Bu şəhər daim ölkəmizin diqqət mərkəzində olmuşdur.Hələ 1988-ci ilin oktyabrında Azərbaycan höküməti Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul etmişdi.Şəhər özü də strateji bir ərazidə Ağdam-Şuşa,Əsgəran-Xankəndi yollarının üzərində yerləşirdi.Erməni quldurları bizim bu tarixi şəhərimizi həmişə ələ keçirməyə çalışmışdılar.Belə ki,ermənilər 1920-ci ilin martında Xocalı şəhərini ələ keçirsələrdə,həmin ilin aprel ayının 2-də Milli Ordumuz düşmənin başını əzərək tarixi torpaqlarımızı azad etdi.Bundan dərs almayan düşmənlərimiz XX yüzilliyin sonlarında bu qədim torpağımızı yenidə ələ keçirməyə çalışırdılar.Bu dövrdə şəhər əhalisinin sayı 7 minə çatırdı.Şəhərin işğalının digər bir səbəbi regionda yeganə mülki hava limanının bu şəhərdə yerləşməsi idi.Xocalı şəhəri 1992-ci ilin fevralında öz növbəti faciəsini yaşadı.Mənfur düşmənlərimiz 1992-ci ilin 25-dən 26-na keçən fevral gecəsində Azərbaycan xalqına qarşı növbəti qətliyamını həyata keçitdilər.Bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil,bütün insanlığa qarşı idi.Əvvəlcədən planlaşdırılmış bu qətliyyam nəticəsində qoca,uçaq,qadın demədən bütün Xocalı əhalisi erməni vandalizminin qurbanı oldu.Bu qırğının planlı şəkildə həyata keçirilməsini bir çox faktlar sübut edir.Belə ki,1992-ci ildə L.Ter-Petrosyan erməni ordusuna müraciətində demişdir:Siz ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz.Dağlıq Qarabağda azərbaycanlılarıqırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir.Bu faktlar soyqırımın əvvəlcədən planlaşdırıldığını sübut edir.Bu qırğın nəticəsində 613 nəfər dinc sakin qətlə yetirildi,1275 nəfər girov götürüldü,487 nəfər yaralandı.
Ümummilli lider Heydər Əliyev Xocalı hadisəsi ilə bağlı demişdir: Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir.Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə hərtərəfli çatdırmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti,birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə «Xocalı soyqırımı günü haqqında» qərar qəbul etdi.Prezidentin 25 fevral 1997-ci il sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət» beynəlxalq kampaniyasına start verilmişdir.Məqsəd bu soyqırımı dünya dövlətərinə tanıtmaq,daha geniş kütlələrə çatdırmaq olmuşdur.
Azərbaycan Xalqı bu tarixi şəhərimizin uzun müddət düşmən işğalında qalması ilə razılaşa bilməzdi.Bunu Ali Baş Komandan öz çıxışlarında dəfələrlə vurğulamışdır.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı erməni canilərinə öz sözünü dedi.Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qisası düşməndən alındı.Lakin düşmən öz fitnəkarlığında yenə əl çəkmək istəmir,ordumuza qarşı müxtəlif təxribatlar həyata keçirməyə çalışırdı.Buna cavab olaraq ordumuz 2023-cü il 19-20 sentyabrda separatçılara qarşı lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi.Nəticədə qeyrət mənbəyimiz olan Xocalı şəhəri tarixi sakinlərinə qovuşdu.Möhtərəm prezidentimiz İlham Əliyev 2023-cü il oktyabr ayının 15-də Xocalı şəhərinə səfər etmişdir.Ali Baş Komandan bu zaman Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucatmışdır.
Masallı rayonu Mahmudavar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.