AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək

  • + A
  • - A
  • 14-03-2024, 10:12

     

    Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək


    Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək.

    "Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Avropa Parlamentinin heç bir üzvünə bu seçki prosesini müşahidə etmək səlahiyyəti verilməyib", - deyə qeyd olunub.

    Sənəddə vurğulanır ki, Avropa Parlamentinin hər hansı üzvü bu seçkilərlə bağlı şərh vermək qərarına gələrsə, onlar bunu öz təşəbbüsü ilə edəcək və heç bir halda öz bəyanatlarında və ya hərəkətlərində Avropa Parlamentinə istinad etməməlidirlər.

    Moskva dəfələrlə rusiyayönümlü partiyalardan olan avropalı siyasətçiləri seçkilərə “müşahidəçi” kimi cəlb edib. Məsələn, radikal ultra-sağçı Almaniya üçün Alternativ Partiyasından (AfD) Bavariya əyalət parlamentinin üç üzvü - Andreas Jurka, Elena Run və Ulrix Sinqer bu məqsədlər üçün Rusiyaya gediblər. Deputatların səfəri hətta öz partiyalarında da tənqid olunub.(Deutsche Welle)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR