AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Magistratura imtahanlarında ən yüksək balı onlar TOPLADILAR

  • + A
  • - A
  • 14-03-2024, 18:19

    Magistratura imtahanlarında ən yüksək balı onlar TOPLADILAR

    Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib.

    DİM-in məlumatına görə, imtahan iştirakçıları qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplaya bilərdilər.

    İmtahanda 3 nəfər 96 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.

    Magistratura imtahanlarında ən yüksək bal toplayanların adlarını təqdim edirik.Bunlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli;
     
    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisasına qəbul olunmuş IV kurs tələbəsi Sübhan Əlizadə;

    Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Əbülfəz Cəfərovdur.

    Modern.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR