AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu abituriyentlərə iki altqrup seçmək imkanı veriləcək - RƏSMİ

  • + A
  • - A
  • 29-10-2021, 10:52


    Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər müraciət edib.

    Müraciətdə deyilir:

    "Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər. Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

    İmtahan fənləri və hər bir fənn üzrə toplanılması mümkün olan maksimal ballar

    I qrup

    RK altqrupu

    Rİ altqrupu

    I mərhələ (cari ilin məzunları üçün – buraxılış imtahanı)

    Azərbaycan (rus) dili –100 bal

    Riyaziyyat –100 bal

    Xarici dil –100 bal

    II mərhələ

    Riyaziyya –150 bal

    Fizika –150 bal

    Kimya –100 bal

    İnformatika –100 bal

    Ümumi

    700 bal

    700 bal


    I qrup

    RK altqrupuna daxil olan ixtisasların siyahısı

    Rİ altqrupuna daxil olan ixtisasların siyahısı

    Fizika müəllimliyi

    İnformatika müəllimliyi

    Riyaziyyat müəllimliyi

    Riyaziyyat və informatika müəllimliyi

    Texnologiya müəllimliyi

    Kompüter elmləri

    Fizika

    İnformasiya təhlükəsizliyi

    Geologiya

    İnformasiya texnologiyaları

    Mexanika

    Kompüter mühəndisliyi

    Riyaziyyat

    Mexatronika və robototexnika mühəndisliyi

    Aerokosmik mühəndislik

    Proseslərin avtomatlaşdırılması mühəndisliyi

    Aqromühəndislik

    Sistemlər mühəndisliyi

    Aviasiya təhlükəsizliyi mühəndisliyi


    Cihaz mühəndisliyi


    Dəniz naviqasiyası mühəndisliyi


    Ekologiya mühəndisliyi


    Elektrik və elektronika mühəndisliyi


    Energetika mühəndisliyi


    Gəmi energetik qurğularının istismarı mühəndisliyi


    Gəmiqayırma və gəmi təmiri mühəndisliyi


    Geologiya və geofizika mühəndisliyi


    Geomatika və geodeziya mühəndisliyi


    Hava nəqliyyatının hərəkətinin təşkili


    Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi


    İnşaat mühəndisliyi


    Kimya mühəndisliyi


    Kommunikasiya sistemləri mühəndisliyi


    Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi


    Maşın mühəndisliyi


    Materiallar mühəndisliyi


    Mədən mühəndisliyi


    Meliorasiya mühəndisliyi


    Memarlıq*


    Metallurgiya mühəndisliyi


    Mexanika mühəndisliyi


    Mühəndis fizikası


    Neft- qaz mühəndisliyi


    Nəqliyyat mühəndisliyi


    Nəqliyyat tikintisi mühəndisliyi


    Qida mühəndisliyi


    Radiotexnika və telekommunikasiya mühəndisliyi


    Şəhərsalma


    Sənaye mühəndisliyi


    Uçuş mühəndisliyi


    Yanğın təhlükəsizliyi mühəndisliyi


    Aqronomluq


    Balıqçılıq


    Meşəçilik


    Şərabçılıq


    Torpaqşünaslıq və aqrokimya


    Yerquruluşu və daşınmaz əmlakın kadastrı


    Zoomühəndislik


    Hərbi kompozisiya materialları mühəndisliyi


    Hərbi rabitə vasitələri mühəndisliyi


    Optotexnika mühəndisliyi


    Pirotexniki və partladıcı vasitələr mühəndisliyi


    Sərhəd təhlükəsizliyi və idarəetmə


    Silah və silah sistemləri mühəndisliyi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR