AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranın ölkəmizdəki səfirinə qarşı öz ölkəsinin media qurumları tərəfindən kəskin tənqidlər artıb - KİV

  • + A
  • - A
  • 28-03-2024, 17:12

    İranın ölkəmizdəki səfirinə qarşı öz ölkəsinin media qurumları tərəfindən kəskin tənqidlər artıb -



    Son vaxtlar İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəviyə qarşı öz ölkəsinin media qurumları tərəfindən hücumlar artıb.

    Azadmedia.az xəbər verir ki, səfir barəsində sosial media və xəbər saytlarında tənqidi yazılar dərc olunur.

    Belə ki, bu qəbildən olan növbəti hücum İranın analitik xəbər portalı “Bulten news” tərəfindən olub. Sayt Abbas Musəvinin səfirlik binasında hicabsız azərbaycanlı xanım jurnalistə müsahibə verməsini tənqid edib.

    Həmçinin “İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvinin uyğun olmayan geyimdə olan qadın aparıcının yanında çəkilmiş fotoşəkli kiberməkanda böyük müzakirələrə səbəb olub. Aparıcının belə isti qarşılanması və İmam Xomeyni, inqilabın ali lideri və Qasım Süleymaninin şəklinin altında oturdulması və diplomat kimi Azərbaycan bayrağının onun yanına qoyulması bir çox sərt və tənqidi fikirlərə səbəb olub”, - deyə sayt yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR