AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək

  • + A
  • - A
  • 29-03-2024, 11:04

    Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək


    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb psixoloqları üçün müsabiqə elan edir.

    İdarədən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

    Sənəd qəbulu 29.03.2024-cü il tarixindən 06.04.2024-cü il tarixinə qədər həyata keçiriləcək. Namizədlər müvafiq sənədləri ptpk@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

    Sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlər müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

    Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR