Aprelin 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, xüsusilə də bərpa olunan enerji mənbələri, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi və digər əməkdaşlıq istiqamətləri qeyd edilib.
Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun əhəmiyyəti də vurğulanıb.
Avropa Komissiyasının sədri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycana humanitar minatəmizləmə sahəsində dəstək verməyə hazırdır.
Telefon danışığı zamanı aprelin 5-də Brüsseldə baş tutacaq üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev, eləcə də ABŞ-ın dövlət katibi Antoni Blinkenlə söhbətində bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini qeyd edib.
Qeyd edək ki, aprelin 5-də Brüsseldə baş nazir Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin birgə görüşü planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.