AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Qarabağdakı sülhməramlıları Ermənistana gedib - Armen Qriqoryan

  • + A
  • - A
  • 23-04-2024, 01:41

    Rusiyanın Qarabağdakı sülhməramlıları Ermənistana gedib -



    Rusiyanın Qarabağdakı sülhməramlılarının bir qrup əsgəri və korteji müvəqqəti olaraq Gorus və Qarakilsə (Sisian) məntəqələrinə gedib.
    Belə ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”in sualını cavablandırarkən deyib.

    "Qarabağda yerləşdirilməsi və sülhməramlı fəaliyyət üçün Ermənistan hökuməti Gorus və Qarakilsədə Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Qarakilsədəki müvəqqəti dislokasiya məntəqələrinə yollanıb", - A.Qriqoryan qeyd edib.axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR