Hər ayın son həftəsi seçiciləri ilə qəbul-görüş keçirmək illərdir ki, 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov üçün ənənə halını alıb.
Masallıda keçirilən dövlət tədbirlərindən, kəndlərdə keçirilən qəbul-görüşlərdən, şəhid və qazi ailələri ilə müxtəlif mərasimlərdə görüşlərdən əlavə millət vəkili hər ayın son həftəsi YAP-ın Masallı rayon mərkəzində yerləşən inzibati binasında qəbul-görüşlər keçirir. Seçiciləri narahat edən məsələlər qurumlara bağlı olduğu üçün həllinə tez nail olmaq məqsədilə rayon rəsmiləri də qəbul-görüşlərdə iştirak edir, millət vəkili
Məşhur Məmmədovla yanaşı seçiciləri dinləyirlər. Bu dəfə də ənəvi qəbul-görüş YAP-ın Masallı rayon mərkəzində yerləşən inzibati binasında baş tutdu. Qəbul-görüşdə millət vəkili ilə yanaşı YAP Masallı rayon təşkilatının sədri
Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi
Nurlan Muradov iştirak edib.
Azadmedia az-ın Cənub bürosunun rəhbəri Rəmzi Şahverdiyevin verdiyi məlumata görə qəbul-görüşdə biri Şəhid ailəsi, biri Vətən Müharibəsi qazisinin atası olmaqla 18 seçici iştirak edirdi. Aztəminatlı ailələrin çoxluq təşkil etdiyi görüşdə iştirak edən hər kəsin probleminə imkan daxilində dəstək göstərilib, onların istəkləri dinlənib, problemlərin həlli üçün əlaqədar orqanlara müvafiq müraciətlər edilib. Millət vəkilinin Masallıda seçiciləri ilə qəbul-görüşləri davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.