Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand kəndini tərk edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Syünik qubernatoru Robert Qukasyan jurnalistlərə bildirib.
Belə ki, bu ilin fevralın 12-də Ermənistan ordusunun snayperi Nerkin Hand kəndi yaxınlığında yerləşən mövqeyindən Zəngilan istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin mövqelərinə atəş açıb.
Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sərhədçilərinin Nerkin Hand kəndində olmaları üçün mandatları yoxdur.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd etmişdi ki, Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Nerkin Hand kəndinə buraxmayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.