Azərbaycan Rusiya ilə Rusiya neftinin Azərbaycan istiqamətində mümkün əks tədarükü üçün Bakı-Tixoretsk neft kəmərinin genişləndirilməsini müzakirə etmir.
Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.
“Bu layihə uzun müddətdir ki, heç yerdə müzakirə olunmur”, - A.Novak qeyd edib.
Xatırladaq ki, Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Bakı-Tixoretsk neft kəmərinin genişləndirilməsi layihəsini ötən il Rusiya tərəfi təklif etmişdi. A.Novak 2023-cü ilin oktyabrında bəyan etmişdi ki, neft kəmərinin genişləndirilməsindən sonra neft tədarükünün həcmi 4 milyon tona çata bilər və bu neft Azərbaycanda emal edilə bilər.("Report")
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.