Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndində üç nəfər minaya düşüb.
Hadisə zamanı Qazax rayon sakini, 1961-ci il təvəllüdlü şəxs buldozer idarə edərkən ərazidə minaya düşüb. Nəticədə Tovuz rayonunun 1989 və 2003-cü il təvəllüdlü sakinləri xəsarət alıblar.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA azad edilmiş ərazilərdə mina təhlükəsizliyi qaydalarına riayət etməyə və tanınmayan, eləcə də hasarlanmış ərazilərə daxil olmamağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.