FHN-in dalğıc qrupu Kürdə batan şəxsi axtarır
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Kür çayının Kürdəmir rayonunun Mollakənd kəndi ərazisindən keçən hissəsində bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
FHN-dən Azadmedia.az-a bildiriblər ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.