AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayətlər

  • + A
  • - A
  • 16-02-2021, 11:01

    Sutka ərzində baş verən cinayətlər

    Səbail RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini R.Abdullayevdən xaricdə istehsal edilmiş “Star Lancer HK” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülmüşdür.

    ***
    Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan X.Kazımov saxlanılmışdır.
    Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir köşkdən 3500 manat dəyərində tütün məmulatı, 6 evdən isə pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

    ***

    Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayon ərazisindəki köşklərin birindən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqcıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılmışdır.

    ***


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR