AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda qaçırılan avtomobil Masallıda aşkarlandı

  • + A
  • - A
  • 16-04-2021, 10:50


    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Lənkəran rayonunun Girdəni kənd sakini olan şəxsə məxsus “Vaz 2107” markalı avtomobilin yaşadığı evin yaxınlığından oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar. Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Oğurlanmış avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR