Zəngəzur dəhlizi ilə bağlı "Hraparak" qəzeti maraqlı proqnoz irəli sürüb.
Axar.az xəbər verir ki, qəzet proqnozunu bu cür sıralayıb:
- Tezliklə Sünik (Zəngəzur) ikitərəfli dəmir yolu və magistral yolların inşası üçün nəhəng tikinti sahəsinə çevriləcək;
- Azərbaycan və Türkiyə qoşunları genişmiqyaslı inşaat işlərində iştirak edən minlərlə azərbaycanlı və türk işçinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanla Naxçıvan arasında “müvəqqəti” olaraq yerləşdiriləcək;
- İnşaat işləri bir il ərzində başa çatacaq, daha sonra “müvəqqəti” gələn qoşunların qalması üçün ərazidə hərbi bazalar quracaqlar;
- Bölgədəki erməni əhali də təhlükəsizlik səbəblərinə görə boşaldılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.