AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda ana ölümü baş verdi

  • + A
  • - A
  • 4-05-2021, 10:15

    Lənkəranda ana ölümü baş verdi

    Lənkəran rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilmişdir.
    Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR