AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağsuda həmkəndlisini öldürmək istəyən şəxsin məhkəməsi başlayır

  • + A
  • - A
  • 7-05-2021, 20:44


    Ağsu rayonunda həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Bu barədə Azadmedia.az-a Ağsu Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, bu il yanvarın 20-də Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    İstintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi, 1968-ci il təvəllüdlü Qaya Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd edib.

    Qaya Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR