AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində törədilən cinayət hadisələri

  • + A
  • - A
  • 28-05-2021, 11:49


    Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

    Mayın 27-də Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini A.Əhmədovun yaşadığı evi tərk etməsi müəyyən edilib.
    Polis əməkdaşları tərəfindən saxlanılan A.Əhmədovla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

    ***

    Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki mağazaların birində oranın sahibindən soyğunçuluq yolu ilə 4060 manat pul, 200 manat dəyərində danışıq kartları və hesabında 360 manat pul olan bank kartını talamaqda şübhəli bilinən S.Məmmədov saxlanılmışdır.

    ***

    Lənkəran ŞRPŞ-yə mayın 27-də saat 1 radələrində Boladi kəndi ərazisində kənd sakini S.Bağırovun xuliqanlıq zəminində həmkəndlisi Ş.Nəsirovu ov tüfəngi ilə hədələməsi barədə məlumat daxil olmuşdur.
    Aparılan profilaktik tədbirlər nəticəsində S.Bağırov müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil vermişdir.

    ***

    Şabran RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şahnəzərli kənd sakini E.Qafarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

    ***

    Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş N.Nuriyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR