AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət hadisələri

  • + A
  • - A
  • 12-06-2021, 12:57

    Sutka ərzində baş verən cinayət hadisələri

    Xətai RPİ 34-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.İbrahimovdan 8 qramdan artıq metamfetamin, 8 qramdan artıq heroin və 3 kiloqramdam artıq marixuana aşkar edilərək götürülmüşdür.

    ***
    Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.İsayevin həyətindən 126 ədəd çətənə kolu və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

    ***
    Tovuz RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Hunanlar kəndi ərazisində yabanı halda bitmiş 885 kiloqram çəkidə 4783 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

    ***
    Yevlax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Səlimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

    ***


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR