AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayətlər

  • + A
  • - A
  • 10-05-2021, 12:40

    Sutka ərzində baş verən cinayətlər

    Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə Bakı şəhər sakini E.Muradova məxsus “Opel” markalı avtomobilin mayın 5-dən 7-dək olan müddətdə F.İbrahimbəyov küçəsindən qaçırılması barədə məlumat daxil olmuşdur.
    Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin mayın 7-də saat 23 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilmişdir. Sürücü polis əməkdaşlarının “Saxla” əmrinə tabe olmadığından məcburi saxlanılarkən avtomobili yol ayırıcısına vurmuş və avtomobildən düşüb qaçmağa cəhd göstərmişdir.
    Polis əməkdaşlarının çevikliyi nəticəsində Salyan rayon sakini M.Əliyev saxlanılaraq avtomobillə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilmişdir.
    Araşdırma aparılır.

    ***
    Suraxanı RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Yeni Suraxanı qəsəbəsində yaşayan H.Hüseynova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 33 ədəd çətənə kolu, 3 kiloqram 147 qrama yaxın marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

    ***
    Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz rayon sakini F.Rəsulovun idarə etdiyi “Opel” markalı avtomobil saxlanılmışdır. Şəxsi axtarış zamanı sərnişini olan həmyerlisi Z.Hacıyevdən 1 kiloqram 130 qram heroin aşkar edilərək götürülmüşdür.

    ***
    Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Avşar kəndi ərazisində kənd sakini S.Məmişov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 210 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

    ***
    Siyəzən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zarat kənd sakini, əvvəllər məhkum olunmuş R.İlyasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 120 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR