AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət hadisələri

  • + A
  • - A
  • 22-05-2021, 11:30

    Sutka ərzində baş verən cinayət hadisələri

    Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məlikov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 67 qramdan artıq heroin və 19 ədəd tramadol həbi aşkar edilərək götürülmüşdür.

    ***

    Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mebel salonlarının birindən 21250 manat dəyərində 3 ədəd kondisioner, transformator hissələri, 1 ədəd “DVR”, 1 ədəd monitor, 15 ədəd görüntü kamerası, kamera-mühafizə rejimi qurğuları, yanğın təhlükəsizliyi komplekt siqnalizasiya sistemi qurğuları və 2000 metr elektrik naqil oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılmışdır.

    ***

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulan E.Süleymanovun ətrafında aparılan əməliyyat-profilaktik tədbirlər nəticəsində onun yaşadığı evdə gizlətdiyi 1 kiloqram 393 qrama yaxın heroin Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.

    ***

    Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Şəfəq kəndi ərazisində yabanı halda bitmiş 1 ton 320 kiloqram çəkidə 2200 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

    ***
    Qax RPŞ-nin əməkdaşları tərəfindən Marşan kəndi ərazisində yabanı halda bitmiş 1 ton 500 kiloqram çəkidə 4000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilmişdir.

    ***

    Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4500 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar T.Bəkirov və S.Bəkirov saxlanılmışlar.
    Araşsırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR