AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəbrayıl polisi əməliyyat keçirdi

  • + A
  • - A
  • 10-12-2021, 10:00


    Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Cocuq Mərcanlı kəndi ərazisindəki nəzarət postunda “Shacman” markalı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilib. Nəzarət qaydasına uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirilib və yük yerindən 10 tona yaxın metal qalıqları aşkar edilib.
    Faktla əlaqədar Kəlbəcər rayon sakini Qərib Bayramov və Füzuli rayon sakini Namiq Səfərli saxlanılıblar. Məhkəmənin qərarı ilə Q.Bayramov 10, N.Səfərli 8 sutka müddətinə inzibati qaydada həbs ediliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR