Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Sabirabad rayon sakini Nazim Vəliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.
Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
N.Vəliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.