DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini Natiq Hüseynov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.