AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir “Azərişıq” ASC-nin əməkdaşı bıçaqlandı

  • + A
  • - A
  • 14-12-2021, 12:21


    Dekabrın 13-ü saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
    Azadmedia.az xəbər verir ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərmişdir.
    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdır.
    Mübariz Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
    Hazırda istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR