Müəllim uşağa bayıra çıxmağa icazə vermədi, uşaq altını batırdı, parta batmasın deyə, uşağı dərsboyu ayaq üstə saxladı
Müəllim uşağa bayıra çıxmağa icazə verməyib, uşaq altını batırıb, parta batmasın deyə, uşağı dərsboyu ayaq üstə saxlayıb. Azadmedia.az xəbər verir ki, hadisə məktəblərin birində baş verib. Bu barədə "Təhsil Forumu-2021"-ə özünü hadisə başına gələn müəllim kimi təqdim edən bir nəfər yazıb. (statusunu sildiyi üçün adını yazmıram-red). Valideyni məktəbə çağırılan uşaq evdə hadisəni valideynlərinə danışıb. Valideyn məktəbdən və müəllimdən şikayətçi olacağını bildirib. Müəllim kömək istəyir. Təəssüfləndirici haldır ki, müəllim hələ də özündə günah bilmir. Məktəb psixoloqlarının və direktorların rəyi maraqlıdır. Müəllim bu hadisədə nə dərəcədə haqlıdır? Müəllim cəzalana bilərmi? Uşağın sinifdə gülüş hədəfi olmaması üçün nə etmək lazımdı? Uşaq sinifdə altını batırırsa, müəllim nə etməlidir?
Mövzuya qayıdacağıq. Müəllimin adıçəkilən foruma yazdığı statusu təqdim edirik:
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.