AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərimanov rayonunda danışmaq adıyla 10 nəfərin mobil telefonunu alıb dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

  • + A
  • - A
  • 17-12-2021, 12:03


    Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edən əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb. Onun müxtəlif vaxtlarda paytaxtın bir neçə rayonunda insanlara yaxınlaşaraq danışmaq adı ilə onların mobil telefonunu alıb daha sonra qaytarmayaraq ələ keçirdiyi müəyyən edilib. S.Əliyevin aldadığı şəxslər arasında məktəblilər də olub. Onun zərərçəkənlərə 5 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
    Azadmedia.az xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Nizami rayonunda quldurluq, Nərimanov rayonunda isə soyğunçuluq etdiyi üçün axtarışda olduğu məlum olub.Faktlarla bağlı S.Əliyev barəsində 16-Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün istintaqa göndərilib. Onun paytaxt ərazisində başqa şəxslərə qarşı analoji cinayətlər etdiyi istisna olunmur. S.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov Rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına məlumat verə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR