AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ata qızını qətlə yetirdi

  • + A
  • - A
  • 15-02-2022, 15:38

    Ata qızını qətlə yetirdi

    Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilmişdir ki, fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR