Yağan güclü yağışlar nəticəsində gələn sel Hacıqabulda körpünü uçurub.
Sakinlərin verdiyi məlumata görə, son günlər güclü yağışların yağması nəticəsində rayonun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda daşqınlar baş verib. Onların sözlərinə görə, sel suları çayın üzərindəki köhnə körpünü uçurub. Bununla da Udulu kəndi istiqamətində yeddi yaşayış məntəqəsinin rayonla gediş-gəlişində çətinliklər yaranıb.
Yerli icra nümayəndəliyindən verilən məlumata görə, hazırda həmin yaşayış məntəqələrinə gediş-gəliş üçün Tağılı kəndi istiqamətindəki alternativ yoldan istifadə edilir:
"Uçan körpünün yaxınlığında yeni körpü tikilir. Sel suları dayandıqdan sonra tikinti işləri davam edəcək", - deyə yerli qurumdan bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.