"Microsoft" şirkətinin qurucusu Bill Qeyts koronavirusa yoluxub.
Bu barədə B.Qeyts özünün "Twitter" səhifəsində yazıb.
"COVID-19 üçün götürülən testin nəticəsi müsbət çıxdı. Xəstəliyin simptomları yüngüldür və mütəxəssislərin məsləhəti ilə sağalana qədər özümü təcrid etmişəm", - deyə B.Qeyts bildirib.
Onun sözlərinə görə, o, koronavirusa qarşı tam peyvənd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.