DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov
Azadmedia.az-a bildirib ki, iyunun 17-də saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetirmişlər.
Buna baxmayaraq polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılmış, oğlu Ruslan hadisə yerindən qaçsa da tutulması təmin edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.