Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azadmedia.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaroğlan kənd sakini Yasin Məmmədov saxlanılıb. Araşdırmalar zamanı onun həmin kəndin ərazisində, qəbristanlığın yaxınlığında narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olduğu müəyyən edilib. Qamış kollarının içərisindəki sahədə aqrotexniki qaydada qulluqla yetişdirdiyi, hündürlüyü 1 metr 10 santimetrdən 3 metrədək olan 39 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Y.Məmmədov Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulub və barəsində araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.