Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AzadMedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək “Azpetrol” MMC-yə məxsus “Man” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar. Xəsarət alanlardan ikisinin hərbi qulluqçu olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.