Bərdədə qonşusunu öldürən şəxs intihar edib.
"Unikal"-ın məlumatına görə, hadisə Şatırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 59 yaşlı Namiq Hüseynov 34 yaşlı Anar Hüseynovu qətlə yetirib. 59 yaşlı N. Hüseynov qonşusunun qətlə yetirdikdən sonra özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.