AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şirvanda kafedə qumar oynayan şəxslər 3000 manat cərimələndilər

  • + A
  • - A
  • 30-09-2022, 17:09

    Şirvanda kafedə qumar oynayan şəxslər 3000 manat cərimələndilər

    Şirvanda kafedə qumar oynayan şəxslər 3000 manat cərimələndilər, obyekt sahibi barəsində isə araşdırmalara başlanıldı
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində beş nəfər şəxsin qumar oynaması aşkarlanıb. Araşdırmalarla həmin şəxslərin Şirvan şəhər sakinləri Elşən Səfərov, Elxan Mirzəyev, Rauf Nərimanov, Elman İsmayılov və Sabirabad rayon sakini Fuad Hüseynov olduqları müəyyən edilib. Qaydaları pozaraq qumar oynayan beş nəfər, eləcə də kafeni icarə əsasında işlədən şəhər sakini Yaşar Mirzəliyev saxlanılaraq polis şöbəsinə gətiriliblər.
    ŞPŞ-də E.Səfərov, E.Mirzəyev, R.Nərimanov, E.İsmayılov və F.Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Şirvan şəhər məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimə olunub.
    Obyekti icarə əsasında işlədən Y.Mirzəliyev barəsində isə İstintaq Bölməsində araşdırmalar aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR