AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkədə növbəti qadın qətli hadisəsi baş verdi

  • + A
  • - A
  • 10-05-2023, 13:00

    Ölkədə növbəti qadın qətli hadisəsi baş verdi

    Mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.

    İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR