Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Xızı rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
APA-nın əldə etdiyi məlumata görə, Ləman Qurbanova sentyabr hadisələrində şəhid olmuş Saleh Qurbanovun həyat yoldaşıdır. Taleh Qurbanov isə onun qaynıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.