AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yol qəzasında 8 yaşlı məktəbli həyatını itirdi

  • + A
  • - A
  • 25-05-2023, 20:47

    Yol qəzasında 8 yaşlı məktəbli həyatını itirdi

    Bu gün Xətai rayon X. Məmmədov küçəsində 8 yaşlı, 2-ci sinif şagirdinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Azadmedia.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədli məlumat verib.

    Hadisəni 51 saylı avtobus törədib. Ümumiyyətlə X. Məmmədov küçəsində hərəkət edən 51 və 57 saylı xətt avtobuslarının sürücüləri özlərini ölkəmizin uzunmüddətdir ev sahibliyi etdiyi Fotmula 1-in sürücüsü kimi aparırdılar.

    Sağ olsun keçmiş BNA 57 saylı avtobusu yeniləri ilə əvəz etdi. İndi 51 saylı avtobusun o küçə boyu sürməsini görəndə adam qorxur. Düzü mən görəndə ki, 51 saylı avtobus gəlir, avtomobili sağa çəkirəm ki, gəlib keçsin.

    Digər bir məsələ isə, artıq 10 ildən artıqdır ki, Həzi Aslanov metrosunun üzərində Metro stansiyasının tikintisi ilə bağlı əsas yol bağlanıb. Hadisənin və hələ necə eyni hadisənin olmasını qaçılmaz edən yol köməkçi yoldur.

    X. Məmmədovdan M. Hadi küçəsinə güdən bu köməkçi yol sərt döngəli yoldur. Hətta 30 sürət ilə gələndə 90 dərəcəli döngə ilə qarşılaşırsan və ictimai obyektlər görmə məsafəsini məhdudlaşdırır.

    Ətrafda, o dar, təhlükəli yoldan 3 orta məktəbin 5 mindən çox şagirdi hər gün istifadə edir.

    Maraqlıdır, niyə Metropoliten 10 ildir ki, o yolu bağlayıb? 10 il ərzində bir stansiyasının tikintisi başa çatmadı?

    Axı orda insan ölüb. 8 yaşlı oğlan, bu hər birimizin balasıdır, övladıdır.
    Nə qədər ki, baş verən hadisələrə empati qurmuruq, bu ağır fəsadlar törədəcək.

    Aidiyyəti dövlət orqanları bu bağlı yolun açılması istiqamətində iş görməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR