AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda hindistanlı ilə bağlı hökm - İnternetə girə bilməz

  • + A
  • - A
  • 30-05-2023, 17:31

    Bakıda hindistanlı ilə bağlı hökm - İnternetə girə bilməz


    Bakıda Hindistan vətəndaşı “ASAN Viza” sisteminə müdaxilə edərək 27 min manat pul mənimsəyib.

    47 yaşlı Vişal Dansinqhanin 1000-dən çox Hindistan və Pakistan vətəndaşı ilə bağlı onlayn sistemə saxta məlumatlar daxil edib.

    Araşdırmalar zamanı məlum olub ki, o, başqa şəxslərə dair məlumatları autentik (həqiqi) kompüter məlumatları kimi istifadə etmək məqsədilə “ASAN Viza” sisteminin informasiya ehtiyatında kompüter məlumatlarını dəyişdirib. Belə ki, Azərbaycana səfər edən əcnəbilərin viza alması üçün verdiyi məlumatları “evisa.gov.az” veb ünvanına daxil olaraq “Düzəliş et” funksiyasından istifadə etməklə başqa şəxslərə dair məlumatlarla əvəz edib. O, əcnəbilər barədə maxinasiyalar etməklə sistemdə olan ilkin məlumatların autentikliyinin (həqiqiliyinin) pozulmasına səbəb olub.
    Ətraflı

    Vişal Dansinqhanin barəsində Cinayət Məcəlləsinin 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) maddəsi ilə cinayət işi başlanıb. O, ifadəsində 2019-cu ilin sonlarında Azərbaycanda turizm şirkəti təsis etdiyini bildirib: “2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar yollar bağlandığına görə şirkət fəaliyyət göstərə bilmədi. Şirkətə rəhbərlik etdiyim zaman vizaların əldə olunması və turistlərin yerləşdirilməsi ilə bağlı müəyyən təcrübə qazanmışdım. 2022-ci ilin martında “Salam Namaste” adlı restorana Pakistandan olan Anjum adlı əcnəbi nahar etmək üçün gəldi. Özünü biznesmen kimi təqdim edərək Azərbaycanda müxtəlif turizm şirkətlərində tanışlarının işlədiyini bildirdi. İstənilən xarici ölkə vətəndaşları üçün dövlət rüsumundan daha ucuz “ASAN Viza” təşkil edə biləcəyini qeyd etdi. 26 dollarlıq rüsumu 22 dollara hazırlaya biləcəyini dedi. Martda Anjum təxminən 1000 ədəd vizanı hər biri 22 yox, hətta 19 dollardan verdi. Daha sonra 8 nəfər, 58 nəfər və 22 nəfər olmaqla əcnəbilərə viza aldıq”.

    Nərimanov Rayon Məhkəməsi işi araşdırdıqdan sonra Vişal Dansinqhaninə hökm oxuyub. Hökmə əsasən, təqsirləndirilən şəxs 9 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bundan başqa Vişala 2 il müddətə internetə daxil olmaq qadağan edilib. Ondan 27 208 manat tutularaq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ödənilməsinə dair qərar çıxarılıb.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR