AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Report" İA-nın əməkdaşı bədbəxt hadisədə həyatını itirdi - Foto

  • + A
  • - A
  • 31-05-2023, 15:01

    "Report" İA-nın əməkdaşı bədbəxt hadisədə həyatını itirdi - Foto

    "Report" İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.

    İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
    “Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.

    İnformasiya Agentliyinin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.

    2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.
    Məlumatı Az-Media Müzakirə qrupu yayıb.
    Azadmedia.az kollektivi adından mərhuma Allahdan rəhmət, ailəsinə səbir diləyirik!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR