AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdaşda at oğruları saxlanılıb

  • + A
  • - A
  • 11-07-2023, 09:07

    Ağdaşda at oğruları saxlanılıb

    Ağdaş rayonunun Kotavan kəndi ərazisindəki örüş sahəsindən 8 kənd sakininə məxsus ümumilikdə 9 rəst atın ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri - Cəbrayıl Səfərov və Asim Şirinov saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları Bərdə rayon sakini Hacı Nəsirova satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən edilib. Hacı Nəsirov isə istintaqa verdiyi ifadəsində həmin atları Qazaxıstana satdığını bildirib.
    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR