İyulun 15-də saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.DİN-in Mətbuat Xidmətinin regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pojero" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ölüb, avtomobildə olan 7 nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan ikisi azyaşlıdır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Süleymanov polis nəfəridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.