Bakıda əcnəbilər arasında mübahisə qanla nəticələnib.
Hadisə Nizami rayonunun Keşlə qəsəbəsində baş verib. Belə ki, qəsəbədə yerləşən yataqxanada Çin Respublikasının vətəndaşı 1983-cü il il təvəllüdlü Yuan Tiangang həmyerlisi 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq sonuncuya bədən xəsarəti yetirib.
Yuan Tiangang şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Nizami RPİ-nin İŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.